Bundesliqa klubunda Xabi Alonso dönəmi
Almaniyanın “Bayer” komandasının baş məşqçi postunda dəyişiklik edilib.
Komanda.az xəbər verir ki, Leverkusen klubu Xerardo Seoane ilə yollarını ayırıb.
Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Komandanı bundan sonra Xabi Alonso çalışdıracaq. İspaniyadan olan 40 yaşlı məşqçi ilə 2024-cü ilin 30 iyununa kimi müqavilə imzalandığı diqqətə çatdırılıb.
Bu, Xabo Alonsonun baş məşqçi kimi ilk ciddi sınağı olacaq. O, bunadək yalnız “Real Sosyedad”ın U-14 və əvəzedici komandasını çalışdırıb.
Seoane isə 2021-ci ilin iyul ayından “Bayer”ə rəhbərlik edirdi. Onun istefasına komandanın cari mövsümə çox uğursuz başlaması səbəb olub. Leverkuzden təmsilçisi bu mövsüm Bundesliqa çərçivəsində meydana çıxdığı 8 oyunda cəmi 1 qələbə qazanıb və 5 xalla 18 kollektiv arasında 17-cidir.
Bizi Facebook-da izləyin