Bundesliqa klubunda ciddi itki
Almaniyanın “Verder” klubu ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisinin yarımmüdafiəçisi Milot Raşiça zədələnib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onun son məşqlərin birində sıradan çıxdığı diqqətə çatdırılıb. Futbolçunun azı iki ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib. Raşiçanın ən yaxşı halda 2021-ci ilin fevralında sıraya dönməsi ehtimal olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin