Bundesliqa klubunda ciddi itki
Almaniyanın “Verder” klubu ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisinin yarımmüdafiəçisi Milot Raşiça sıradan çıxıb.
Bu barədə Bremen klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə ayaq biləyindən zədə alan futbolunun bir müddət yaşıl meydanlardan kənarda qalacağı diqqətə çatdırılıb. Amma onun bərpa müddəti ilə bağlı məlumat verilməyib.
Kosovolu hücumçu bu mövsüm “Verder”də bütün turnirlər çərçivəsində 29 oyuna çıxıb. 23 yaşlı forvard bu qarşılaşmalarda rəqb qapılarından 10 qol keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin