Bundesliqa klubunda bir yeni transfer, doqquz ayrılıq

Almaniyanın “Bohum” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Sankt Pauli”nin yarımmüdafiəçisi Lukas Daşneri transfer edib.

Azad agent statusu daşıyan 24 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

“Duysburq”un yetirməsi olan Daşner 2020-ci ildən “Sankt Pauli”də çıxış edirdi. O, bu komandada 73 oyuna 11 qol vurub.

“Bohum” qapıçısı Pol Qrave ilə də yeni müqavilə bağlayıb. 22 yaşlı qolkiperin klubla sözləşməsi bu yay bitirdi. Tərəflər 2 illik yeni müqaviləyə imza atıblar. Yeni müqavilə imzalandıqdan sonra gənc qapıçı qarşıdakı mövsüm üçün “Vuppertaler” komandasına icarəyə göndərilib.

“Bohum” 9 futbolçusu ilə də yollarını ayırdığını açıqlayıb. Klub Vasilios Lampropulos, Silvere Qanvula, Konstantinos Stafilidis, Dominik Haynts, Saydi Yanko, Marko Yohansson, Pyerr Kunde Malonq, Keven Şlotterbek, İvan Ordetslə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button