Bundesliqa klubunda bir aylıq itki

Almaniyanın “Ayntraxt” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi yarımmüdafiəçisi Jelson Fernandesin xidmətindən məhrum olub.

Bu barədə Frankfurt klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə 33 yaşlı futbolçunun mayın 30-da səfərdə “Volfsubrq”a 2:1 hesabı ilə qalib gəldikləri oyunda zədələndiyi bildirilir. Həkim müayinəsindən sonra Fernandesin zədəsinin ciddi olduğu və onun ən azı 4 həftə yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.

Qeyd edək ki, Jelson bu mövsüm “Ayntraxt”ın heyətində 22 oyuna çıxıb. İsveçrəli futbolçunun mövsümün tamamında karyerasını başa vurması gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button