
Bundesliqa klubunda baş məşqçi istefası – rəsmi
Almaniyanın “Şalke” klubu rəsmi saytında baş məşqçi Frank Kramerin istefaya göndərildiyini açıqlayıb.
Komanda.az xəbər verir ki, buna komandanın uğursuz nəticələri səbəb olub.
O, 2022-ci ilin iyulunda bu posta təyin olunmuşdu. Kramer “Şalke”nin “sükanı arxasında” cəmi 110 gün olub.
Bundesliqanın 10 turundan sonra “Şalke” 18 komanda arasında 17-ci yerdə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin