Bundesliqa klubunda baş məşqçi dəyişikliyi

“Şalke”yə böyük hesablı məğlubiyyətdən (2:5) sonra “Herta” baş məşqçisini dəyişib.

Komanda.az xəbər verir ki, klubun mətbuat xidməti Sandro Şvartsın istefaya göndərildiyini açıqlayıb.

Əvəzində Pal Dardai “Herta”nın yeni baş məşqçisi olub. O, artıq iki dəfə (2015-2019; 2021-ci il yanvar-noyabr aralığı) Berlin komandasını çalışdırıb.

47 yaşlı Dardai “Herta” ilə bu mövsümün sonuna qədər müqavilə imzalayıb.

“Herta” növbəti matçını aprelin 22-də “Verder”ə qarşı keçirəcək. Berlinlilər hazırda Bundesliqa turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button