Bundesliqa klubunda 9,5 milyon avroluq hücumçu
Almaniyanın “Frayburq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi Avstriya millisinin və “Zalsburq”un hücumçusu Junior Adamunu transfer edib.
22 yaşlı forvardla müqavilənin müddəti açıqlanmayıb. “Frayburq” bu transfer üçün “Zalsburq”a 9,5 milyon avro ödəyib.
“Liferinq”in yetirməsi olan Adamu 2020-ci ildən formasını geyindiyi “Zalsburq”da 84 oyuna 23 qol vurub. O, Avstriya yığmasında da 6 oyun keçirib.
“Frayburq” Avstriyadan olan mərkəz müdafiəçisi Filipp Linhartla da yeni müqavilə imzalandığını açıqlayıb. Amma 26 yaşlı futbolçunun müqavilə müddəti gizli saxlanılıb. O, 2017-ci ildən formasını geyindiyi bu klubda 167 oyuna 10 qol vurub.
“Frayburq” 22 yaşlı mərkəz müdafiəçisi Kimberli Ezekvemi “Paderborn”a, 19 yaşlı yarımmüdafiəçi Robert Vaqneri isə “Qroyter”ə icarəyə verdiyini də açıqlayıb. Ötən mövsüm İsveçrənin “Vintertur” klubuna icarəyə verilmiş 23 yaşlı sol cinah vingeri Nişan Burkart isə sözügedən kluba birdəfəlik satılıb.
Bizi Facebook-da izləyin