
Bundesliqa klubunda 8 milyon avroluq hücumçu
“Volfsburq” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, sözügedən klub Lissabon “Sportinq”inin hücumçusu Tyaqo Toması transfer edib.
Almaniya klubu bu transferə görə Portuqaliya təmsilçisinə 8 milyon avro ödəyib. Portuqal futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalanıb.
Tomas daha öncə Almaniyada icarə əsasında “Ştutqart”ın da formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin