Bundesliqa klubunda 12 milyon avroluq müdafiəçi
Almaniyanın “Hoffenhaym” klubu heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi portuqaliyalı Eduardo Kuaresma ilə fransız Stenli Nsokini heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kuaresma Portuqaliyanın “Sportinq” klubundan 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb. Stenli Nsoki isə Belçikanın “Brügge” klubundan 12 milyon avro qarşılığında transfer olunub. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Stenli Nsoki PSJ-nin yetirməsidir. O, öz ölkəsində Paris təmsilçisi ilə yanaşı, “Nitsa”nın da uğurları üçün çalışıb. Fransanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış futbolçu, 2021-ci ilin iyulundan “Brügge”nin formasını geyinirdi.
Eduardo Kuaresma isə “Sportinq”in yetirməsidir. 20 yaşlı futbolçu ötən mövsümü “Tondela”da icarədə keçirib. O, Lissabon təmsilçisinin əsas komandasında 12 oyuna çıxıb. Gənc futbolçunun transfer dəyəri 4 milyon avrodur.
Bizi Facebook-da izləyin