Bundesliqa klubu yeni baş məşqçinin adını açıqladı
Almaniyalı mütəxəssis Sandro Şvarts “Herta”nın “sükanı arxasına” keçib.
Komanda.az xəbər verir ki, bu barədə Berlin klubunun mətbuat xidməti məlumat yayıb.
43 yaşlı alman mütəxəssislə müqavilə 2024-cü ilin iyunun sonuna kimi qüvvədə olacaq. Onun rəsmi təqdimatı iyunun 20-də baş tutacaq.
“Herta”nın əvvəlki baş məşqçisi Feliks Maqat idi. Onun rəhbərliyi altında pley-offda “Şalke”ni məğlub edən (ümumi hesab 2:1) berlinlilər Bundesliqanın turnir cədvəlində 16-cı yeri tutub və elitadakı yerini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin