Bundesliqa klubu rekord məbləğdə cərimələnib

“Köln” klubu Almaniya Bundesliqasının 8-ci turunun Münhenqladbax “Borussiya”sı ilə matç (3:1) başlamazdan əvvəl azarkeşlərinin həddindən artıq pirotexniki vasitələrdən istifadə etməsinə görə cərimələnib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, cərimənin məbləği 595 min avro təşkil edir. Almaniya klubundan bu məbləğin 198 min avrosunu öz stadionunda təhlükəsizlik sisteminin yaxşılaşdırılmasına yatırması tələb olunur.

“Köln”ün icraçı direktoru Kristian Keller bildirib ki, o, pirotexniki vasitələrdən istifadə edilməsində heç bir qəbahət görmür. Lakin hesab edir ki, icazə verilən sərhədləri keçmək yolverilməzdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button