Bundesliqa klubu qapıçısını satdı

İtaliyanın “Cenoa” klubu bu mövsümün əvvəlində Almaniya “Leypsiq”indən icarəyə götürdüyü qapıçı Xosep Martinesin transfer hüquqlarını da alıb.

Komanda.az xəbər verir ki, bu barədə B Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Transferin detalları açıqlanmayıb. İspaniyadan olan qapıçı ilə müqavilənin müddəti barədə də məlumat verilməyib.

Xatırladaq ki, “Cenoa” yeni mövsümdən A Seriyasında mübarizə aparacaq. Komandanın elitaya yüksəlməsində Xosep Martinesin də xüsusi əməyi var. O, bu komandada keçirdiyi 30 oyundan 19-da qapısını toxunulmaz saxlamağı bacarıb.

“Barselona”nın yetirməsi olan 24 yaşlı qolkiper “Leypsiq”dən öncə ölkəsində “Las Palmas”ın da uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button