“Volfsburq”dan Labbadia qərarı – Rəsmi

Almaniyanın “Volfsburq” klubu mövsümün sonunda baş məşqçisi Bruno Labbadia ilə yollarını ayıracaq.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə, mövsümün sonunda müqaviləsinin müddəti bitən alman mütəxəssislə yeni sözləşmə imzalanmayacağı bildirilib.

Labbadianın köməkçiləri Erdinç Sözər və Olaf Yanssen də klubdan ayılacaq.

Labbadia 2018-ci ilin fevralından “Volfsburq”a rəhbərlik edirdi.

“Volfsburq” Bundesliqada 25 turdan sonra 39 xalla 7-ci sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button