Bundesliqa klubu milli üzvünü satdı
Almaniyanın “Herta” klubu müdafiəçisi Dedrik Boyata ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, belçikalı futbolçu “Brügge”yə transfer olunub. Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Boyata Belçika klubu ilə 3 illik müqaviləyə imza atıb. “Brügge” bu transfer üçün “Herta”ya 2 milyon avro ödəyib.
Boyata peşəkar karyerasına yetirməsi olduğu “Mançester Siti”də başlayıb. O, İngiltərə klubunda olarkən “Bolton” və “Tvente”də icarədə də oynayıb. 2015-2019-cu illər aralığında Şotlandiya “Seltik”ində oynayan mərkəz müdafiəçisi, 2019-cu ildən formasını geyindiyi “Herta”da 76 oyuna 6 qol vurub. O, Belçika yığmasında da 31 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin