Bundesliqa klubu milli üzvü ilə vidalaşdı

Almaniyanın “Frayburq” klubu hücumçusu Brendon Boryello ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.

Futbolçuya xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Artıq avstraliyalı futbolçunun yeni klubu da məlumdur. 25 yaşlı oyunçu bundan sonra Drezden “Dinamo”sunun uğurları üçün çalışacaq. O, yeni klubu ilə 2 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Boryello 2018-ci ildən “Frayburq”da çıxış edirdi. O, geridə qalan mövsümü icarə əsasında “Fortuna”da keçirib. Avstraliya yığmasının da üzvü olan futbolçu daha öncə Almaniyada “Kayzerslautern”in də uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button