Bundesliqa klubu bu iki futbolçu üçün 16 milyon avrosundan keçdi
Almaniyanın “Volfsburq” klubu heyətini iki yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi yarımmüdafiəçi Vatslav Çernı və müdafiəçi Morits Yensi transfer edib.
Çernı Niderlandın “Tvente”, Yens isə Fransanın “Loryan” klubundan transfer olunub. Almanlar hər iki futbolçunun transferi üçün 8 milyon avro ödəyiblər. Hər iki oyunçu ilə də 4 illik müqavilə imzalanıb.
2021-ci ilin yayından “Tvente”də çıxış edən 25 yaşlı çex vinger 78 oyunda 22 qol vurub. Yarımmüdafiəçi Çexiya milli komandasında da 10 oyun keçirib, 4 qola imza atıb.
Yens isə 2021-ci ildən “Loryan”da idi. Alman müdafiəçi bu komandada cəmi 18 oyuna çıxıb, 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin