Bundesliqa klubu baş məşqçisini qovdu
Almaniyanın “Nürnberq” klubu baş məşqçisi Mixael Kellner və idman direktoru Andreas Bornemannla yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Baş məşqçi və idman direktorunun vəzifəsindən göndərilməsinə səbəb, komandanın son oyunlardakı uğursuz çıxışı olub.
“Nürnberq”in sabiq futbolçusu, 2003-2011-ci illər aralığında Bundesliqa təmsilçisinin formasını geyinən Marek Mintal, müvəqqəti olaraq, komandanın baş məşqçisi vəzifəsinə təyin olunub.
“Nürnberq” 21 turdan sonra 12 xalla, turnir cədvəlində son pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin