Bundesliqa klubu baş məşqçisini qovdu
Almaniyanın “Auqsburq” klubu baş məşqçisi Martin Şmidti istefaya göndərib.
Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
O, son turda “Bavariya”ya 0:2 hesablı məğlubiyyətdən sonra postundan uzaqlaşdırılıb. 52 yaşlı mütəxəssis 2019-cu ilin aprel ayından bu komandanı çalışdırırdı.
Qeyd edək ki, “Auqsburq” Bundesliqada 25 turdan sonra 27 xalla 18 kollektiv arasında 14-cüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin