Bundesliqa klubu baş məşqçini istefaya göndərdi

Almaniyanın “Leyptsiq” klubu baş məşqçisi Cessi Marşla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 48 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Cessi Marş 2021-ci ilin aprelindən “Leyptsiq”də baş məşqçi idi.

Komanda Bundesliqada 14 turdan sonra 18 xalla 11-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button