Bundesliqa klubu 35 milyona 2 futbolçu transfer etdi

London “Arsenal”ının müdafiəçisi Qranit Caka Almaniyanın “Bayer” klubuna keçib.

Komanda.az xəbər verir ki, İsveçrə millisinin üzvü Bundesliqa təmsilçisi ilə 5 illik müqavilə imzalayıb.

Leverkuzen klubu bu transfer üçün “Arsenal”a 25 milyon avro ödəyib.

Caka 2016-cı ildən “Arsenal”da çıxış edirdi. O, daha əvvəl “Bazel” və Münhenqladbah “Borussiya”sında da oynayıb.

“Bayer” Münhenqladbah “Borussiya”sının yarımmüdafiəçisi Yonas Hofmannı da transfer edib. Leverkuzen təmsilçisi 30 yaşlı alman futbolçunun keçidi üçün də 10 milyon avro ödəyib. Onunla 4 illik müqavilə imzalanıb.

Hofmann da “Borussiya”da 2016-cı ildən forma geyinirdi. O, daha öncə Dortmund “Borussiya”sında, “Hoffenhaym” və “Maynts”da da çıxış edib.

“Arsenal” yarımmüdafiəçisi Ris Nelsonla da yeni müqavilə imzalandığını açıqlayıb. 23 yaşlı sağ cinah vingeri ilə yeni müqavilə 2027-ci ilin 30 iyununa qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button