Bundesliqa klublarının müflisləşmə təhlükəsi
Almaniya Bundesliqasında çıxış edən klubların bir hissəsi müflis ola bilər.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, əsas və ikinci Bundesliqada çıxış edən 36 klubdan 13-ü koronavirus pandemiyası səbəbiylə müflis ola bilər. Məlumata görə, çempionat may ayına qədər bərpa olunmasa, ikinci Bundesliqanın 7 və əsas çempionatın bir klubu müflisləşəcək. İyun ayında isə ikinci Bundesliqadan 2, əsas çempionatdan 3 klub müflis olma təhlükəsini yaşayacaq.
Almaniya Bundesliqası martın 13-də dayandırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin