“Transfer bazarında “İnter”dən xüsusi heç nə gözləməyin” – Klub prezidenti
“İnter”in prezidenti Cüzeppe Marotta yay transfer pəncərəsi ilə bağlı planlarından danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbəri bundan sonra heç bir səs-küylü sövdələşmələr gözləməyin lazım olmadığını bildirib:
“Transfer bazarında “İnter”dən nə gözləmək olar? Xüsusi heç nə. Tez işlədik. Taremi və Zelinskini gətirə bildik. Komandamız artıq rəqabətə davamlıdır. Yalnız bəzi mövqeləri bir az gücləndirmək qalır. Məsələn, qapıçı mövqeyinə Xosep Martinesi (“Cenoa”) gətirməyi planlaşdırırıq. Heyətimiz işləməyə hazırdır”.
“İnter” artıq iki azad agentlə – hücumçu Mehdi Taremi və yarımmüdafiəçi Pyotr Zelinski ilə müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin