Qvardiola kubok oyunlarına enerji sərf etməyəcəklərini bildirdi

“Mançester Siti” dünən İngiltərə Liqa kubokunun 3-cü turunda “Uotford”u 2:1 hesabı ilə məğlub edib.

Komanda.az xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola oyundan sonrakı mətbuat konfransında matçların çoxluğuna görə Premyer Liqa və Çempionlar Liqasına üstünlük verəcəklərini açıqlayıb:

“Sizə elan edirəm ki, ikinci komandamız növbəti mərhələdə oynayacaq. Biz enerji sərf etməyəcəyik, bu, mütləqdir. Əks halda, işimizin öhdəsindən gələ bilməyəcəyik”.

“Mançester Siti” növbəti oyununu sentyabrın 28-də, Premyer Liqada səfərdə “Nyukasl”a qarşı keçirəcək. “Şəhərlilər” hazırda 5 turdan sonra 13 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button