“Oyunun gedişatına nəzarət edə bilmədik” – Millinin futbolçusu

Niderland millisinin futbolçusu Natan Ake UEFA Millətlər Liqasının yarımfinal mərhələsinin Xorvatiya ilə oyununu (2:4) dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ilk hissədə yaxşı çıxış etdiklərini, lakin fasilədən sonra təzyiqə məruz qaldıqlarını bildirib:

“Çətin oyun oldu. İlk hissədə çox yaxşı çıxış etdik, topa sahib olmaqda üstün tərəf idik. Qol şansları da yaradırdıq.

Fasilədən sonra rəqib oyuna qayıtdı. Bizə təzyiq göstərdilər. Bundan sonra oyunun gedişatına nəzarət edə bilmədik”.

Xorvatiya yığmasının finaldakı rəqibi bu gün, saat 22:45-də baş tutacaq İspaniya – İtaliya matçından sonra məlum olacaq. Bu qarşılaşmada məğlub olan kollektiv üçüncülük uğrunda mübarizədə Niderlandla üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button