“Bundan sonra daha çətin olacaq” – Ayxan Abbasov

“Şamaxı” bu gün Azərbaycan Premyer Liqasının 6-cı turunda “Sumqayıt”la qarşılaşıb.

Komanda.az xəbər verir ki, 1:0 hesabı ilə qailb gələn bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasovun oyundan sonra mətbuat konfransı keçirilib.

Abbasov bundan sonra daha çətin olacağını bildirib:

“Millinin oyunlarına görə yaranmış fasilədən sonra həmişə çətin olur. Amma sevinərəm futbolçularım formadan düşmədilər. Yaxşı çıxış etdik. Oyuna yaxşı başladıq. Çox sevinirəm ki, azarkeşlərimizi sevindirə bildik. Bundan sonra daha çətin olacaq. Hazır olmalıyıq”.

“Şamaxı” növbəti turda səfərdə “Kəpəz”in qonağı olacaq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button