“Bizim çılğın təqvimimiz var, gec-tez futbolçuları öldürəcəyik” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis, futbolçuların yeni mövsümə tam hazır ola bilməməsi ilə bağlı gileylənib:

“Futbolçuların bəziləri milli komandaların düşərgəsindən qayıdırlar və bizə iyulun sonu qoşulacaqlar. Digərləri isə avqustun 3-ü və ya 4-ü qayıdacaqlar. Onlar da üç-dörd həftəlik istirahətdən sonra komandaya qoşulmağı qərara alırlar. Futbolçuların formada olmadan və ya çətin mövsümdən sonra istirahət etmədən qayıtmalarını istəmirəm. Bizim çılğın təqvimimiz var, gec-tez futbolçuları öldürəcəyik. Buna uzun müddət tab gətirmək mümkün deyil. Futbolçuların istirahətə ehtiyacları var, amma onlar daha tez qayıtmaq istəsələr, bundan məmnun olarıq”.

“Mançester Siti” İngiltərə superkubokunda avqustun 4-də “Liverpul”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button