“Bunun “Liverpul” üçün nə demək olduğunu çox yaxşı bilirəm”

“Liverpul”un müdafiəçisi Vircil Van Dayk İngiltərə Premyer Liqasının cari mövsümündə komandasının mümkün çempionluğu haqda danışıb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu bunun klub üçün nə demək olduğunu bildiyini söyləyib:

“Komandanın çempion olması üçün iki qələbəyə ehtiyacı var. Bunun “Liverpul” üçün nə demək olduğunu çox yaxşı bilirəm. Buna nail olduğumuz zaman möhtəşəm olacaq. Amma hələlik işləməyə davam etməliyik”.

“Qırmızılar” 32 turdan sonra 76 xal toplayıb və Premyer Liqanın turnir cədvəlinə inamla başçılıq edir. Arne Slotun komandası 2-ci yerdə qərarlaşan “Arsenal”ı 13 xal qabaqlayır və növbəti oyunda səfərdə “Lester”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button