“Real”da hamı Ancelottidən razıdır” – Kurtua
“Real”ın qapıçısı Tibo Kurtua İspaniya kubokunun “Osasuna” ilə final qarşılaşmasını (2:1) dəyərləndirib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, belçikalı qolkiper, paytaxt təmsilçisində hamının baş məşqçi Karlo Ancelottidən razı olduğunu vurğulayıb:
“La Liqada yaxşı çıxış etmirik. Buna görə baş məşqçini günahlandırmaq çox asandır. Ancaq öncə özümüzə baxmalıyıq. İspaniya çempionatında keçirilən matçlarda heç də yaxşı oynamırıq. “Real”da hamı Ancelottidən razıdır”.
“Kral klubu” hazırda İspaniya çempionatının turnir cədvəlində 68 xalla üçüncüdür.
Paytaxt təmsilçisi tarixində 20-ci dəfə İspaniya kubokunu qazanıb. Kuboku ən çox “Barselona” muzeyinə aparıb – 31 dəfə.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin