“Xetafe”nin futbolçusu Vinisiusa: “Sənə hamı nifrət edir”

“Real” La Liqanın 9-cu turunda səfərdə “Xetafe”ni 1:0 hesabı ilə məğlub edib.

Oyunun 84-cü dəqiqəsində “Xetafe”nin yarımmüdafiəçisi Aleks Sankris Vinisius Juniora qarşı etdiyi kobudluğa görə ikinci sarı vərəqəni alaraq meydanı tərk edib. Matçda bundan əvvəl isə Allan Nyom Vinisiusa qarşı etdiyi davranışa görə oyundan qovulub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, rəqibin ikinci qırmızı vərəqəsindən sonra Vinisius bir neçə dəfə “mən çox yaxşıyam” deyərək, meydanda özünü göstərməyə çalışıb.

Bu zaman komanda yoldaşları Kilian Mbappe və Eder Militao onu sakitləşdirməyə çalışıblar. Ev sahibi komandanın müdafiəçisi Xuan İqlesias isə Vinisiusa bunu deyib:

“Buna görə sənə hamı nifrət edir. Komanda yoldaşlarından öyrən”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button