Kolumbiyalı futbolçu Peresin bir sözü ilə “Real”a keçib

Meksikanın “Leon” klubunun yarımmüdafiəçisi və Kolumbiya millisinin kapitanı Xames Rodriges 2014-cü ildə “Monako”dan “Real”a keçməyə necə qərar verdiyindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, əsl səbəbi açıqlayıb:

“Mançester Siti” və PSJ çoxlu pul təklif etdi. Lakin “Real”ın prezidenti Florentino Peres məndən soruşdu: “Pul istəyirsən, yoxsa şöhrət?” Buna görə də “Real”a keçdim”.

33 yaşlı yarımmüdafiəçi 2014-2020-ci illərdə Madrid klubunda çıxış edib. O, “kral klubu” ilə iki dəfə Çempionlar Liqası, La Liqa, UEFA superkuboku və Klublararası dünya çempionatının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button