“Buna görə də, Qvardiola dünyanın ən yaxşı baş məşqçisidir”

“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi, Çempionlar Liqasının 1/8 final mərhələsində “Borussiya” ilə qarşılaşacaqları oyunla bağlı fikirlərini bildirib:

“Borussiya”nın qrup mərhələsində “Şaxtyor”u necə məğlub etdiyini gördük. Onlar hər bir komandanı məğlub edə bilərlər. Çox yaxşı keyfiyyətə, enerjiyə və gücə sahibdirlər.

Son zamanlarda fərqli rolda oluram. Rəqibin cərimə meydançasına yaxınlaşmağa çalışıram və bu da çox qol vurmağıma səbəb olur. Ancaq qol vurmaq o demək deyil ki, yaxşı oynayırsan”.

İlkay, İngiltərə Premyer Liqasında ardıcıl 13 qələbə qazanmaları haqda da danışıb:

“Baş məşqçimiz Xosep Qvardiola komandada bəzi şeylərin düzgün getmədiyini gördü. Necə müdafiə olunmağımıza və topla rəftarımıza bir az müdaxilə etdi. Bunlar düzgün addımlar idi və bizi möhtəşəm nəticələrə apardı. Buna görə də, Qvardiola dünyanın ən yaxşı baş məşqçisidir. Dekabrda indiki vəziyyətdə olacağımızı heç düşünmürdüm”.

“Borussiya” (Münhenqladbax, Almaniya) – “Mançester Siti” (İngiltərə) matçı bu gün, saat 00:00-da start götürəcək.

İlkay bu mövsüm “Mançester Siti” ilə 27 oyunda 13 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button