“Fənərbaxça”lı üçün mövsüm erkən bitdi
Türkiyənin “Fənərbaxça” klubu ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, “bülbüllər”in müdafiəçisi Sadık Çiftpınar zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərdə, Türkiyə Super Liqasının 15-ci turunun “Sivasspor”la matçında (1:3) zədələnən 26 yaşlı müdafiəçinin mövsümün geridə qalan hissəsində forma geyinə bilməyəcəyi bildirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin