“Builki işimizin öhdəsindən gəlmişik” – Ayxan Abbasov

“Şamaxı” bu gün Azərbaycan Premyer Liqasının 33-cü turunda “Səbail”i qəbul edib.

Komanda.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçdan sonra bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib. Abbasov maraqlı oyun alındığını bildirib:

“Maraqlı oyun alındı. Bilirdik ki, “Səbail” son matçlara final oyunu kimi baxır. Şansları var. 1:0-dan sonra epizodları dəyərləndirə bilmədik. Bəlkə də, ikinci qolu vursaydıq, hesab fərqli ola bilərdi. Bir xal qazandıq, bu da normaldır.

Evdə oynayırdıq, üç xal qazanıb azarkeşlərimizi sevindirmək istəyirdik. Təəssüf ki, bu baş tutmadı. Ümumən, üzərimə düşən işin öhtəsindən gəlmişik. Qarşıdakı üç oyuna baxacağıq.

Builki işimizin öhdəsindən gəlmişik. Gələn mövsümə hazırlaşmalıyıq. Büdcəmizi bilməməyimiz yaxşı deyil. Gecikirik. Heyəti qoruyub saxlamaq çətindir. Bu gün götürsək, bütün legionerlərimizlə danışıqlar aparırıq, tək Rikardo Fernandes deyil. Büdcəni bilib, ona uyğun uyğun davranmalıyıq”.

“Şamaxı” növbəti turda səfərdə “Sabah”la qarşılaşacaq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button