Buffondan yeni rekord
Futbol üzrə İtaliya A Seriyasının 30-cu turunun “Torino” ilə ev oyunu “Yuventus”un qapıçısı Canluici Buffon üçün əlamətdar olub.
Komanda.az xəbər verir ki, 42 yaşlı qolkiper bu oyunda meydana çıxmaqla A Seriyası tarixində yeni rekord müəyyənləşdirib.
Ölkə çempionatındakı oyun sayını 648-ə çatdıran Buffon “Milan”nın sabiq müdafiəçisi Paulo Maldinini geridə qoyaraq bu göstəricidə ilk pilləyə yüksəlib. Maldini 1984-2009-cu illərdə elitada 647 görüşdə iştirak etmişdi.
Qeyd edək ki, Buffon peşəkar karyerasına “Parma”da başlayıb. O, 1995-2001-ci illər aralığında məhz bu komandada özünü göstərdikdən sonra “Yuventus”a transfer olunub. 2001-ci ildən 2018-ci ilə qədər Turin klubunun uğurları üçün çalışan qolkiper, 2018/19 mövsümünü PSJ-də keçirib. Bu mövsümün əvvəlində yenidən “Yuventus”a qayıdan təcrübəli qolkiper, 9 dəfə İtaliya çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb, 5 dəfə super kubok sevinci yaşayıb.
“Yuventus” ötən həftə Buffonla yeni 1 illik müqavilə imzalandığını açıqlamışdı.
Bizi Facebook-da izləyin