
Buffon: “Qattuzonun milliyə rəhbərlik etməsi üçün yaxşı vaxt idi”
İtaliya millisinin nümayəndə heyətinin rəhbəri Canluici Buffon DÇ-2026-ya vəsiqə qazana bilməsə, yığma komandanı tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Buffon, Cennaro Qattuzonun milliyə baş məşqçi təyin olunmasından danışıb və Roberto Mançininin bu vəzifəyə qayıdacağı təqdirdə, istefa verəcəyi ilə hədələməsi haqda yayılan xəbərləri təkzib edib:
“Mənim müqaviləm hər il iyunun 30-da başa çatır. İşdən çıxmaq problem deyil.
Federasiya prezidenti və digər peşəkarlarla məsləhətləşdikdən sonra Qattuzonu seçdik. Bu səviyyədə yaxşı və ya pis məşqçilərin olduğunu düşünmürəm. Daha doğrusu, söhbət komandaya uyğun gələn məşqçilərdən gedir. Qattuzonun milli komandaya rəhbərlik etməsi üçün yaxşı vaxt idi.
Tapşırıq çərçivəsində məsuliyyət də var. Bu seçimin doğru olub-olmadığını zaman göstərəcək. Əks halda, geri addım atmalı olacağıq”.
İtaliya millisi ardıcıl iki dünya çempionatını (2018, 2022) buraxıb.
Bizi Facebook-da izləyin