
Buffon Mourinyonun İtaliya millisinə gətirilməsinə qarşı çıxıb
İtaliya millisinin nümayəndə heyətinin rəhbəri Canluici Buffon portuqaliyalı mütəxəssis Joze Mourinyonun baş məşqçi postuna gətirilməsi ideyasına qarşı çıxıb.
Komanda.az xəbər verir ki, bu barədə “La Repubblica” nəşri məlumat yayıb.
İtaliya Futbol Federasiyası Mourinyonun təyinatını ciddi şəkildə nəzərdən keçirib. Millinin tərəfdaşı olan “Adidas” həm də onun şəxsi sponsoru kimi müqaviləsinin bir hissəsini maliyyələşdirməyə hazır olub.
Ancaq Mourinyonun hazırda “Fənərbaxça” ilə 2026-cı ilin yayına qədər müqaviləsi olduğuna görə, bu keçid baş tutacağı təqdirdə, Türkiyə klubuna kompensasiya ödənilməsi tələb olunacaqdı.
Həlledici qərarı Canluici Buffon verib. O, Mourinyonun namizədliyinə qarşı çıxaraq bildirib ki, İtaliya millisinə “italyan futbolunu təcəssüm etdirən” baş məşqçi lazımdır. Nəticədə, Mourinyonun namizədliyi ilə bağlı danışıqlar dayandırılıb. Əvəzində Cennaro Qattuzo millinin “sükani arxasına” keçib.
Bizi Facebook-da izləyin