Buffon milli komandada işləmək təklifi alıb

İtaliyalı qapıçı Canluici Buffon “Parma”dan ayrılıb futbolçu karyerasını başa vura bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Buffon İtaliya Futbol Federasiyasından bu ölkənin milli komandasının nümayəndə heyətinin rəhbəri olmaq təklifi alıb.

Daha əvvəl Buffonun Səudiyyə Ərəbistanı klubundan gələn təklifi rədd etdiyi bildirilirdi.

45 yaşlı qolkiper 18 mövsüm “Yuventus”un heyətində forma geyinib. O, 2018/2019 mövsümündə Fransanın PSJ klubunda çıxış edib. Buffon 1997-ci ildə İtaliya millisində debüt edib və 176 oyunda meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button