Buffon millini tərk edə bilər
İtaliya millisinin nümayəndə heyətinin rəhbəri Canluici Buffon 2024-cü il Avropa çempionatında uğursuz çıxışdan sonra komandanı tərk edə bilər.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, sabiq qolkiper İtaliya Futbol Federasiyasının rəhbərliyi ilə görüşəcək və gələcəyini onlarla müzakirə edəcək. Ola bilsin ki, Buffon bu görüşdən sonra komandanı tərk etsin.
İtaliya yığması Avropa çempionatında 1/8 final mərhələsində mübarizədən kənarlaşdırılıb. Luçano Spalettinin yetirmələri İsveçrə yığmasına 0:2 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin