“Buffon həmişə heyran olduğum oyunçu idi” – “Yuventus”un futbolçusu

“Yuventus”un müdafiəçisi Danilo Luis da Silva karyerasında kimləri kumir hesab etdiyi haqda fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İtaliya klubunun keçmiş qolkiperi Canluici Buffonu kumiri olaraq gördüyünü açıqlayıb:

“Buffon həmişə heyran olduğum oyunçu idi. Onu yaxından görüb gündəlik həyatda ünsiyyətdə olduğum üçün deyə bilərəm ki, o, mənim futbolda kumirimdir. O, həqiqətən böyük oyunçudur.

Buffon mənim eyniləşdirdiyim insandır. Düşünürəm ki, bu, onun nə qədər çalışqanlığı ilə bağlıdır. Buffon nə qədər təvazökar görünsə də, nə qədər normal həyat sürməyə çalışsa da, o, həmişə misilsiz futbolçu olub”.

Buffon 2001-2018-ci illərdə “Yuventus”da çıxış edib. Bu müddət ərzində italiyalı qapıçı klubun heyətində bütün yarışlarda 685 matçda iştirak edib, 538 qol buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button