Meneceri Buffon haqda: “Bu, onun xoşuna gələcək”
İtaliyanın “Yuventus” klubunun qapıçısı Canluici Buffonun agenti açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı futbolçunun meneceri Silvano Martina, onun daha bir neçə il oynaya biləcəyini bildirib:
“PSJ-dən ayrıldıqdan sonra “Yuventus”a qayıtmaq Buffon üçün ən doğru qərar idi. Çünki o, hələ də güclü və rəqabət apara biləcək səviyyədədir. Düşünürəm ki, bu mövsüm onun oynamaq şansı olacaq. İnanıram ki, Buffon daha bir neçə il – 44 yaşına qədər oynaya biləcək. Eyni zamanda, ona məşqçi vəzifəsini daha yaxşı araşdırmağı, bu haqda düşünməyi məsləhət gördüm. Məncə, Buffon özünü bu rolda tapa bilər. Bu, onun xoşuna gələcək”.
Yayda “Yuventus”a qayıdan italiyalı qapıçı, klubla cari mövsümün sonuna qədər müqavilə bağlamışdı.
Bizi Facebook-da izləyin