Buffon “Barselona”da?

PSJ ilə yollarını ayıran Canluici Buffona bir neçə ölkə çempionatından təklif var.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Paris təmsilçisi ilə yeni müqavilə imzalamayan 41 yaşlı qapıçıya İtaliya, Almaniya, Çin kimi ölkələrin təmsilçilərindən təkliflər var.

Bundan başqa, İspaniyanın “Barselona” klubu da italiyalı futbolçunu heyətinə qatmaq niyyətindədir. Katalonlar Buffonu Mark-Andre Ter Ştegenə əvəzləyici kimi düşünür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button