“Büdcə dəyişikliyi “Qəbələ”nin çıxışına təsirini göstərdi”

“Qəbələ”nin baş məşqçisi Zaur Həşimov Gürcüstan paytaxında “Dinamo”ya 0:3 hesabı ilə uduzduqları Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşünü şərh edib.

Komanda.az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında bunları deyib:

“Azərbaycan mediasında “Dinamo”nun zəif olduğu fikrinə rast gəlməmişəm. Hələ ilk oyundan sonra rəqibi tərifləmişdim. Bu gün bunu bir daha göstərdilər. İlk görüşdəki nəticəyə rəğmən, bu gün daha yaxşı oynayacağımıza ümid edirdim. Amma “Qəbələ” büdcəsində dəyişiklik etdiyi üçün nəticə oyunda əksini tapdı”.

38 yaşlı mütəxəssis bildirib ki, matçın birinci hissəsində Rasim Ramaldanovla toqquşma nəticəsində zədələnən İvitsa Zuniçin almacıq sümüyündə qırıq aşkarlanıb. O, xorvatiyalı legionerin müalicəsinin hansı şəraitdə davam edəcəyindən xəbərsiz olduğunu söyləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button