“Sarri futbolçulara inanmırdı və bu məni çox narahat edirdi”
Bu yay “Yuventus”dan “Barselona”ya keçən Miralem Pyaniç Turin klubunun keçmiş baş məşqçisi Mauritsio Sarri haqda açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Pyaniç, Sarrinin futbolçulara inanmadığını deyib:
“Sarri futbolçulara inanmırdı və bu məni çox narahat edirdi. İnsanları düzgün qiymətləndirməsən, nəticə də pis olur. Komandada bütün futbolçular qazanmağa, hər şeylərini meydanda qoymağa hazırdırlar. Heç kim Sarrinin keyfiyyətli məşqçi olduğunu inkar etmir, ancaq bir az problemləri var. Buna baxmayaraq, biz oynadıq və İtaliya A Seriyasını qazandıq”.
“Yuventus”da Sarrini baş məşqçi postunda Andrea Pirlo əvəzləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin