“Bu yay tələblərimizə uyğun futbolçularla müqavilə imzaladıq” – Pioli
“Milan”ın çalışdırıcısı Stefano Pioli İtaliya çempionatının 2-ci turunda “Torino” üzərində qazanılan qələbə (4:1) haqda fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyun üslublarından da danışıb:
“Bu gün ilk oyunla müqayisədə irəliləyiş əlamətləri göstərdik. Oyunçular hələ də qarşılıqlı anlaşma yaratmalı, bir-birlərini daha yaxşı tanımalıdırlar, amma başlanğıcı artıq yaxşı adlandırmaq olar.
Bu yay tələblərimizə uyğun olan, hücumameyilli və aktiv oynamağı bacaran futbolçularla müqavilə imzaladıq. Bizim oyun üslubumuz belədir. Bəzən daha yaxşı işləyir, bəzən daha pis işləyir, amma heç vaxt dayanmırıq”.
“Milan” 6 xal toplayıb və A Seriyasının turnir cədvəlində birinci, “Torino” isə 14-cü yerdədir.
Bizi Facebook-da izləyin