“Neftçi”dən D Seriyasına gedən hücumçu: “Uyğunlaşa bilmədim”
Bu yay “Neftçi” ilə yollarını ayıran Canluka Sansone açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda İtaliya D Seriyası təmsilçisi “Audase”də çıxış edən 32 yaşlı hücumçu, Bakı klubundan ayrılma səbəbini deyib:
“Azərbaycanda üç ay yarım vaxt keçirdim. Yeni macəra axtarışında idim və “Neftçi”nin italiyalı baş məşqçisi komandaya kömək etməyimi istədi. Dərhal qəbul etdim. Ancaq bu müddət mənə çətin keçdi, uyğunlaşa bilmədim”.
Sansone, 2018/2019-cu illər mövsümünün qış fasiləsindən sonra “Neftçi”nin heyətində 11 oyun keçirib, 2 qol vurub. İtalyan hücumçu bir müddət əvvəl “Audase” klubu ilə müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin