
Ferdinand AÇ-2024-lə vidalaşan Portuqaliya millisini təriflədi
İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand Fransaya penaltilər seriyasında uduzmasına baxmayaraq, Portuqaliya yığmasının Avropa çempionatındakı çıxışına heyran olub.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, bunu onların peşəkarlığının və işinə sadiqliyinin möhtəşəmliyi kimi qiymətləndirib:
“Bu, onların peşəkarlığının və işinə sadiqliyinin möhtəşəmliyidir. Matçdan sonra bir-birlərini hərarətlə qucaqladılar. Bu yaşda turnirin bu mərhələsinə çatmaq və belə çıxış etmək… Mən sadəcə, böyük hörmətimi ifadə edə bilərəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin