“Biz çox çalışdıq və insanlar bunu gördülər” – Ter Ştegen
“Barselona”nın və Almaniya millisinin qapıçısı Mark-Andre ter Ştegen Fransa yığması ilə yoldaşlıq görüşündə (2:1) qazandıqları qələbəni dəyərləndirib.
Komanda.az “Forbes” jurnalına istinadən xəbər verir ki, 31 yaşlı qolkiper qələbə üçün çox çalışdıqlarını deyib:
“Bu oyun azarkeşlərimiz və bizim üçün motivasiya oldu. Biz çox çalışdıq və insanlar bunu gördülər. Son bir neçə gün qəribə keçdi, ona görə də, bu fasiləni qələbə ilə başa vurmaq əladır”.
Ter Ştegen Münhenqladbax “Borussiya”sının yetirməsidir. O, 2014-cü ilin iyulunda “Barselona”ya keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin