
“İnter”ə ədalətsiz şəkildə uduzduq” – “Barselona”nın sabiq futbolçusu
Yaxın günlərdə “Barselona”dan “Əl-Nəsr”ə keçən müdafiəçi İniqo Martines Kataloniya klubunun 2024/25 mövsümündə Çempionlar Liqasının finalına çıxmağa layiq olduğunu düşünür.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yarımfinalda “İnter”ə ədalətsiz şəkildə uduzduqlarını söyləyib:
“Bu yarımfinal bizim üçün ağır zərbə oldu. Biz “İnter”ə ədalətsiz şəkildə uduzduq və finala çıxmağa layiq idik. Belə bir şansı əldə etmək daha çətin olacaq, amma ümid edirik ki, bu, cari mövsümdə baş verəcək”.
“Barselona” turnirin yarımfinalında “İnter”ə ümumi hesabda (6:7) məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


