
“Bu yalançılara inanmağa davam edən argentinalılar üçün təəssüflənirəm” – Maradona
Yoxlama oyununda Venesuelaya 1:3 hesabı ilə məğlub olan Argentina millisinin sabiq futbolçusu Dieqo Maradona açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 58 yaşlı sabiq futbolçu, milli üzvləri ilə bağlı sərt danışıb:
“Argentina – Venesuela matçını izləmədim, çünki qorxu filmlərinə baxmıram. Bu futbolçular Argentina millisinin formasını geyinməyə layiq deyillər. Bu yalançılara inanmağa davam edən argentinalılar üçün təəssüflənirəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin